AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxuculara qapılarını yenidən açır +FOTO

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxuculara qapılarını yenidən açır +FOTO

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxuculara qapılarını yenidən açır 

 

Ölkənin nüfuzlu, böyük kitabxanaları sırasında yer alan, tərkibində 2 milyona yaxın dəyərli nəşrlərin mühafizə olunduğu Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oktyabr ayının 15-dən etibarən oxucularına əyani xidməti yenidən bərpa edir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, MEK-də oxucular üçün kitabxana fəaliyyəti pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin mart ayında dayandırılmış və fəaliyyətini onlayn şəkildə həyata keçirirdi.

 

Xatırladaq ki, oxucuların kitabxana daxilində rahatlığı üçün bütün şərait yaradılıb, hər mərtəbədə karantin qaydalarına uyğun xüsusi oxu zalları təşkil olunub.

 

Kitabxanada lazımi qabaqlayıcı tədbirlər də həyata keçirilib. Ümumilikdə MEK əməkdaşlarının 98%-i, xüsusilə MEK-in Xidmət şöbəsində çalışan bütün işçilər özlərinin və oxucuların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak ediblər. MEK tam heyəti ilə oxuculara xidmət etməyə hazırdır.
Bütün oxucularımızı MEK daxilində xidmətlərdən istifadə zamanı sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

 

Onu da qeyd edək ki, Kitabxanaya giriş COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı ilə mümkün olacaq.
Oxucuların hər birini MEK-də yenidən görməkdən şad olarıq!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]