Yelo Bank yeni konseptdə "Xalqlar Dostluğu" filialını açıb - FOTO

Yelo Bank yeni konseptdə "Xalqlar Dostluğu" filialını açıb - FOTO

Yelo Bank uğurla öz filial şəbəkəsini artırmağa davam edir. Yeni “Xalqlar Dostluğu” filialı da parlaq bankçılığı özündə əks etdirən filialların sırasına qatıldı.  “Parlaq Bankçılıq” şüarı altında həyata keçirilən dəyişikliklərdə əsas məqsəd müştərilərə göstərilən xidmət səviyyəsini artırmaq və Bankın əhatə dairəsini genişləndirməkdir.


Bəhruz Nuriyev küç. 238 ünvanında yerləşən filial öz müasir interyeri və rahatlığı ilə fərqlənir. Bankın yeni dəyərləri filialın ümumi görünüşündə və funksionallığında da öz əksini tapıb. Filialdakı bütün detallar müştərilərin ehtiyac və gözləntiləri nəzərə alınmaqla hazırlanıb.


Yeni filial konseptinin əsas məqsədi müştərilərin bankda keçirdiyi hər dəqiqəni müsbət təcrübəyə çevirməkdir. Konsept yalnız daxili təmir işləri ilə yekunlaşmır. Həmçinin əməkdaşlar da yeni Yelo dəyərlərini müştərilərə çatdıraraq onlar üçün müsbət əhval-ruhiyyə və dostluq atmosferi yaradacaq.
 

Qeyd edək ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  hesablarımıza yazın cavablandıraq!


Yelo Bank – Parlaq bankçılıq
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]