Türkiyə kəşfiyyatı İranın agent şəbəkəini çökdürdü - VİDEO

Türkiyə kəşfiyyatı İranın agent şəbəkəini çökdürdü - VİDEO

Türkiyənin Van vilayətində İrana məxsus casus şəbəkəsi ifşa olunub.

 

 

AZpress.AZ xəbər verir ki, Milli İstihbarat Təşkilatı və polisin Van bölgəsində keçirdiyi birgə əməliyyat nəticəsində ikisi İran vətəndaşı olmaqla səkkiz nəfər saxlanılıb.
 

Onlar iranlı keçmiş hərbçini ölkəsinə qaçırmağa cəhd göstərərkən həbs olunublar.
 

Əməliyyat sentyabrın 24-də keçirilsə də, bu barədə yalnız indi məlumat verilib.
 

Bildirilib ki, İran vətəndaşları 30 dollarlıq büdcə ilə bölgədə casus şəbəkəsi qurublar. Onlar şəbəkəyə altı nəfər Türkiyə vətəndaşını cəlb ediblər. Şəbəkə iranlı keçmiş hərbçini ölkəsinə qaçırmaq barədə təlimatı İran kəşfiyyatından alıb. Əməliyyata yardım üçün hərbçinin həyat yoldaşına 10 min dollar təklif edilib, imtina edəcəyi halda xanım İrandakı ailə üzvlərinə zərər veriləcəyilə təhdid olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]