Ağcabədidə şəhidlərin doğum günü qeyd olundu (AZpressAZ -Mais İbrahimov +FOTO=60)

Ağcabədidə şəhidlərin doğum günü qeyd olundu (AZpressAZ -Mais İbrahimov +FOTO=60)

Ağcabədidə şəhidlərin doğum günü qeyd olundu (AZpressAZ -Mais İbrahimov +FOTO=60)

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 11 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsində canını fəda edən Sarvanlar kəndindən olan şəhid Həsən Quliyev və Minəxorlu kənd sakini İntiqam Hacıyevin doğum günü mərasimləri keçirilmişdir. Mərasimdə rayon icra hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, yerli icra, bələdiyyə nümayəndələri,kənd sakinləri, ziyalılar, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, din xadimləri və media mənsubları iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə şəhid Həsən Quliyev və İntiqam Hacıyevın məzarlarını ziyarət edib, üzərlərinə tər-çiçək dəstələri qoyublar.Sonra doğum günü ilə əlaqədar tədbir davam etdirilib. İştirakçılar şəhidlərin II Qarabağ Müharibəsində keçdiyi şərəfli döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlarından söz açmış, onlar haqqında xatirələrini bölüşmüşlər. Qeyd edək ki şəhid Həsən Quliyevin doğum günündə onun xatirəsini əbədiləşdirmək üçün Sarvanlar kəndində inşa olunmuş bulaq kompleksinin açılışı mərasimi keçirilmişdir.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]