Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib - FOTO

12 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib. Komitə sədri qonağı salamlayaraq ölkəmizə səfərindən məmnunluq hissi duyduğunu, Azərbaycan və Türkiyə arasında şəhərsalma, memarlıq və tikinti sahəsində sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu yüksək qiymətləndirdiyini vurğulayıb.


Vətən müharibəsi dövründə də qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin daim hiss olunduğunu bildirən Komitə sədri hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə tarixinin ən yüksək səviyyəsində olduğunu, bu nailiyyətin ilk növbədə dövlət başçılarımızın birgə səyləri sayəsində və göstərişlərinə əsasən əldə olunduğunu xüsusi vurğuladı. Anar Quliyev şəhərsalma sahəsində də ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün mühüm addımlar atıldığını vurğuladı, şəhərsalma və tikinti sahəsində təcrübə və məlumat mübadiləsi məqsədilə “ağıllı şəhər”lərin təşkili, inşaat işlərinin ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğunluğu, şəhərlərin yenidən qurulması planlarının hazırlanması və sair mövzular üzrə son müddət ərzində hər iki qurumun ekspertləri səviyyəsində onlayn görüşlərin, videokonfransların fəal təşkil edildiyini müsbət qiymətləndirdi.


Daha sonra Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhərsalma sahəsinin inkişafına ayırdığı xüsusi diqqət sayəsində aparılan islahatlar və onların nəticələri, Komitənin ümumi fəaliyyəti və həyata keçirdiyi əsas layihələr, o cümlədən işğaldan azad olunmuş ərazilərin yenidən canlanması məqsədilə görülən genişmiqyaslı işlər haqqında nazirə ətraflı məlumat verdi.


Səmimi qəbula görə təşəkkür edən nazir Murat Kurum bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlərinin dayanmadan inkişafının, əməkdaşlığın yüksək səviyyəsinin, hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verdiyini bildirdi. Digər istiqamətlərdə olduğu kimi, memarlıq və şəhərsalma sahələri üzrə də mövcud əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpasında Türkiyənin yaxından iştirak etmək imkanı olduğundan sevinc hissi duyduğunu qeyd etdi. Nazir həmçinin rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri və prioritetlərinə toxunaraq, bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladı.


Görüş çərçivəsində mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı,  birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edildi.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]