Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib - FOTO

Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib - FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəflər arasında imzalanan Memoranduma əsasən Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edib.


Kitablar arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var. Kolleksiyada Azərbaycan Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb.


Kitabxanalara verilən nəşrlə arasında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər nəşrlər olub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]