Masallıda məktəblilər arasında keçirilən mini-futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=2)

Masallıda məktəblilər arasında keçirilən mini-futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=2)

Masallıda məktəblilər arasında keçirilən mini-futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı-(AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=2)

 

 

 

14 oktyabr 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Viləş” mini futbol meydançasında torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş , məktəblər arasında mini-futbol yarışı üzrə rayon birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

 

Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq keçirilən, mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək rayon birinciliyində qalib gəlmiş komandaları təbrik etmiş və məktblilərə gələcək işlərində uğurlar arzulamışlar.

 

Rayon birinciliyində qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdırlar.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]