Diplomatik korpus nümayəndələri Suqovuşan və Talışa səfər edib

Diplomatik korpus nümayəndələri Suqovuşan və Talışa səfər edib

Diplomatik korpus nümayəndələri Suqovuşan və Talışa səfər edib 

  

Suqovuşan və Talış ərazilərinin çox böyük strateji əhəmiyyəti var idi. 2020-ci il 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından etibarən bu, diplomatik korpus nümayəndələri ilə birgə işğaldan azad edilmiş ərazilərimizə 7-ci səfərimizdir.

 

 

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri zaman deyib.

 

 

H.Hacıyev bildirib ki, səfərlərin ilkin mərhələsində bilavasitə Ermənistanın 30 il ərində işğal dövründə Azərbaycanın işğal altındakı ərazilərində törətdiyi dağıntıların şahidi olurduq:

 

“Budəfəki səfərlərimiz getdikcə fərqlənməyə başlayır. Biz artıq Azərbaycan tərəfindən qısa müddət ərzində həyata keçirdiyi quruculuq işləri ilə də tanış oluruq. Biz diplomatik korpus nümayəndələri ilə Talış istiqmətində yeni çəkilmiş yol boyunca hərəkət etdik və Azərbaycan tərəfindən quruculuq işləri cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq sürətli şəkildə davam etdirilir. Əsas məqsədimiz bu ərazilərdə həyatı bərpa etmək və vətəndaşların öz evlərinə geri qayıtmasıdır".

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]