Bakıda Ukrayna Mərkəzi açıldı - FOTO

Bakıda Ukrayna Mərkəzi açıldı - FOTO

Oktyabrın 15 -də Bakının tam mərkəzində Ukrayna ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi yolunda atılan daha bir böyük addım olacaq yeni Ukrayna qurumu - Ukrayna Mərkəzi açıldı.

 

 

Ukrayna və Azərbaycanın qürur duyacağı çox şey var və məqsədimiz vətəndaşlarımızın bu sahədə daha çox məlumat və təklif almasından ibarətdir!
 

Yeni Ukrayna Mərkəzi, turizm və turizm-kurort sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla bir neçə vəzifəni bir anda həyata keçirəcək innovativ bir layihədir.
 

Bundan əlavə, Mərkəzin bazasında, birinci xanım Yelena Zelenskayanın himayəsi altında, qonaqpərvər Azərbaycanı ziyarət edən Ukraynalı turistlər üçün audio bələdçilər sistemi tətbiq olunacaq.
 

Mərkəzin ayrı bir istiqaməti Ukrayna və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, habelə tələbə mübadiləsi və tədqiqatlara yönəlmiş, xüsusən informasiya texnologiyaları sahəsində proqramların həyata keçirilməsi olacaqdır.
 

Mərkəzdə Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və Ukrayna dilinin populyarlaşdırılması məqsədilə Ukrayna dilinin öyrənilməsi üzrə dərslər də keçiriləcək. Ukrayna Mərkəzi eyni zamanda müxtəlif sərgilərin və tematik görüşlərin keçiriləcəyi bir növ sənət platformasına çevriləcək.
 

Ukrayna mərkəzi həm də Azərbaycanın Ukrayna diasporunun öz evini tapacağı yerdir. Buna görə də, Ukrainian Speaking Club qeyri -rəsmi ünsiyyət klubunun ilk toplantısının qonaqpərvər Ukrayna Mərkəzinin binasında baş tutması təsadüfi deyil.
 

Maraqlıdır ki, Mərkəz fəaliyyətə başladığı ilk gündən etibarən ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün bir məkana çevrildi, çünki bu gün burada “Mirqorodprodukt” ÖSC və Azərbaycan Respublikası Turizm Agentlikləri Assosiasiyası arasında Anlaşma, eləcə də “Mirqorod” sanatoriya-kurort kompleksinin maraqlarının Azərbaycanda təmsili üzrə hüquqların verilməsi haqqında Memorandum imzalanmışdır.
 

Ukrayna Mərkəzinin açılışı çərçivəsində, eləcə də Müdafiəçi Günü münasibətilə daha bir önəmli hadisə baş verdi - kiçik ukraynalılara Ukrayna vətəndaşının pasportlarının təntənəli təqdimatı mərasimi keçirildi. Rəsmi sənədlərə əlavə olaraq, uşaqlar Səfirlikdən hədiyyələr - ənənəvi Ukrayna vışıvankaları - naxışlı köynəklər aldılar. Kiçik ukraynalıların ilk naxışlı köynəklərini tezliklə doğma Ukrayna dilini öyrənəcəkləri məhz Ukrayna mərkəzində alması simvolik oldu.
 

Tədbirdə, həmçinin, Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və Diasporla iş üzrə Dövlət Komitəsinin müşaviri Teymur Atayev də iştirak edib.
 

Yeni Mərkəzimizin Ukrayna mətbəxi restoranı olan “Mama nakormila” yaxınlığında, Azərbaycan paytaxtının ən prestijli yerində yerləşməsinə görə Bakı ş. İcra hakimiyyətinə ayrıca təşəkkür edirik. Həm Mərkəzin, həm də restoranın bir-birinə yaxın yerləşməsi “Ukrayna kvartalını” formalaşdırır. Bakı sakinləri bu kvartalı sarı-mavi Ukrayna bayraqları və Bakının küçələrində getdikcə daha çox eşidilən Ukrayna dili ilə tanıya biləcəklər.
 

#DearUkraine
#DearAzerbaijan
#UkrainianCenter
#HonoraryConsulate

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]