ANAMA BMT QAK əməkdaşları üçün maarifləndirmə təlimlərinə başlayıb

ANAMA BMT QAK əməkdaşları üçün maarifləndirmə təlimlərinə başlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən beynəlxalq təşkilatların nümayəndələri üçün “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlimlər davam edir. Növbəti təlim, 2021-ci il 14 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyinin müraciətinə əsasən keçirilib.


ANAMA-nın Maarifləndirmə şöbəsi tərəfindən iştirakçılara mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, şübhəli ərazilərin əlamətləri və davranış qaydaları barədə geniş məlumatlar verilib, prezentasiya təqdim olunub.


Mina və partlayıcı qurğuların vizual olaraq tanınması məqsədilə təlimdə müxtəlif növ sursatlar nümayiş etdirilərək onların təhlükəsi və törədə biləcəyi xəsarətlər barədə məlumat verilib.


Sonda nümayəndələrə təlimat kitabçası və PSTM təbliğat materialları olan maarifləndirici və xəbərdaredici poster və bukletlər təqdim olunub.  
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]