VI Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

VI Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Oktyabrın 16-da VI Respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, şagird və valideynlər iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.


Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi barədə danışıb. Fuad Qarayev deyib ki, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır.


Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şagirdlərimizin əldə etdikləri uğurlardan danışan nazir müavini bildirib ki, beynəlxalq yarışma qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məktəbliləri olimpiadalarda iştiraka daha da stimullaşdırır.  


Firudin Qurbanov çıxışının sonunda qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.


Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov qarşıda duran hədəflər və istedadlı şagirdlər barəsində aparılacaq tədqiqatlardan söz açaraq qaliblərə uğurlar arzulayıb.


Tədbirdə beynəlxalq olimpiada qaliblərinin təbrik videoçarxı nümayiş olunub.


Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]