Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü - FOTO

Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 14-də Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert ilə görüş keçirib.

 

 

Qonağı səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğundan danışıb. Əməkdaşlıqda prioritet məsələ kimi mədəni irsin qorunması, kreativ industriyanın təkmilləşdirilməsi, film və musiqi sahəsinin inkişafının zəruriliyindən bəhs edib. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən tarixi abidələrimizin bərpası prosesində Çexiyadan olan peşəkarların təcrübəsindən faydalanmağın əhəmiyyətini bildirib.
 

Anar Kərimov həmçinin  “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib. Çexiya Respublikasını da bu önəmli platformaya qoşulmağa dəvət edib.
 

Səfir Milan Ekert qəbula görə minnətdarlığını bildirib.  Azərbaycanın caz musiqi ənənələrinin zəngin tarixindən bəhs edən səfir Nizami ili çərçivəsində  dahi şairin əsərlərinin çex dilinə tərcüməsinin vacibliyini dilə gətirib. Həmçinin Azərbaycanda tarixi irsin bərpası ilə bağlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.  İki ölkə arasında gələcək inkişaf perspektivlərindən danışan diplomat bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.
 

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]