Gənclər arasında keçirilmiş "Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi. Nailiyyət və perspektivlər" adlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

Gənclər arasında keçirilmiş "Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi. Nailiyyət və perspektivlər" adlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

MDB PAA DİMBİ Bakı filialının 2021-ci il üzrə tədbirlər planına əsasən Bakı şəhərində 15.09.2021-ci ildə “Azərbaycan Respublikasının Müstəqilliyinin 30 illiyi. Nailiyyət və perspektivlər” adlı inşa-yazı müsabiqəsinin keçirilməsinə start verilmişdir. Gənclər, o cümlədən Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlər arasında 15.09.2021-ci ildən 15.10.2021-ci ilədək müddətdə keçirilmiş müsabiqənin məqsədi gənclərin müvafiq mövzuda  biliklərinin artırılması, eləcə də onların maariflənməsi və dünyagörüşlərinin genişlənməsi olmuşdur.


15 oktyabr 2021-ci ildə Bakı şəhəri 144 saylı orta məktəbdə inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması baş tutmuşdur. Bakı şəhəri üzrə Təhsil idarəsinin dəstəyi ilə təşkil olunmuş tədbirdə MDB PAA DİMBİ Bakı filialının əməkdaşları, məktəbin müəllim-şagird heyəti və BTİ İnkişaf layihələri Sektorunun müdiri iştirak etmişlər. Tədbirdə 144 saylı məktəbin direktoru Q. Sultanova, MDB PAA DİMBİ Bakı filialının direktoru T.Muradov və BTİ İnkişaf layihələri Sektorunun müdiri G. Qurbanova Azərbaycan Respublikasının müstəqilliyi tarixi haqqında çıxışlar etdilər. Tədbirin ikinci hissəsində MDB PAA DİMBİ Bakı filialı tərəfindən inşa-yazı müsabiqəsinin qaliblərinə (Əliyeva Sitarə birinci yer, Yedgarlı Fənusə ikinci yer, Məhərəmova Nərmin üçüncü yer) və fərqlənən iştirakçılara (7 nəfər) diplom, sertifikat və hədiyyələr təqdim olundu.                                                                       
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]