ADPU THİK "Zəfərə gedən yol" adlı onlayn görüş keçirib - FOTO

ADPU THİK "Zəfərə gedən yol" adlı onlayn görüş keçirib - FOTO

Oktyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) və ADPU THİK-in Quba filialının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfərə gedən yol” adlı onlayn görüş keçirilib.


Görüşdə Şəhid Abdüləlimov Miqdadın anası Tünzalə xanım, Şəhid Əliyev Tamerlanın anası Zümrüd xanım, Şəhid Piriyev Səttarın anası Ofeliya xanım, şəhid Əliyev Rəvanın anası Mehriban xanım iştirak ediblər. Onlar övladlarının döyüş xatirələrini bölüşmüş, Şəhidlik zirvəsinə necə ucaldıqlarından bəhs etmişlər. Müharibənin canlı şahidlərindən olan ADPU-nun Quba Filialının tələbəsi Seyfəddinov Elvin də öz döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb.


ADPU THİK Quba filialının sədri Aygün Şıxbabayeva çıxış edərəkbşanlı zəfər tariximizdən söz açmışdır.


Onlayn görüşdə universitet rəhbərliyi, ADPU THİK rəhbərliyi və idarə heyəti, ADPU-nun Quba Filialının müəllim və tələbə heyəti də iştirak etmişdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]