AQEM: Nursultan Nazarbayevin təşəbbüsünün uğurlu həyata keçirilməsi

AQEM: Nursultan Nazarbayevin təşəbbüsünün uğurlu həyata keçirilməsi

XX əsrin 80-ci illərin axırlarında və 90-cı illərinin əvvəllərində baş verən sürətli hadisələr o dövrün bipolyar beynəlxalq münasibətlər sisteminin çökməsinə və dünyanın siyasi xəritəsində yeni müstəqil dövlətlərin yaranmasına gətirib çıxardı. Avrasiya və Şərqi Avropa məkanında geosiyasətdə qlobal tektonik dəyişmələrlə birlikdə köhnə münaqişələr kəskinləşdi və yeni vətəndaş və ya dövlətlərarası münaqişələr meydana gəldi, həmçinin mütəşəkkil cinayətkarlıq, separatizm, dini ekstremizm, terrorizm, narkoticarət kimi yeni çağırışlar və nəinki postsovet məkanında, həm də dünya miqyasında kövrək sosial-siyasi və iqtisadi sabitliyi poza biləcək təhdidlər ortaya çıxdı.


Belə bir şəraitdə yeni müstəqil dövlətlər təkcə öz müqəddəratını təyin etmək və dövlətçiliyini bu əsasda qurmaq, inkişafın siyasi və sosial-iqtisadi modelini seçmək kimi birinci dərəcəli məsələlərin həlli qarşısında deyil, həm də müstəqilliyin və suverenliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və milli maraqların qorunması, regional təhlükəsizlik üçün şəraitin formalaşdırılması, həmçinin beynəlxalq aləmə gələcək inteqrasiya kimi beynəlxalq gündəliyin çağırışları qarşısında dururdular.


Geosiyasi koordinatlar sistemində kardinal dəyişikliklər dövlətləri həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyət və əməkdaşlığın yeni formalarını axtarmağa vadar edirdi. Regional səviyyədə qarşılıqlı fəaliyyət və təhlükəsizliyin təmin edilməsi üçün müvafiq mexanizmlər yaradılmadan, getdikcə artan qloballaşma şəraitində ölkənin sabit daxili inkişafi əlçatmaz olardı.


Belə turbulent tarixi şəraitdə Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev xarici siyasətdə çoxşahəli və çoxtərəfli diplomatiya prinsiplərinin irəli sürülməsinə qəti kurs götürüb və regional və qlobal səviyyədə sülhün və təhlükəsizliyin qorunub saxlanmasına yönəlmiş bir sıra beynəlxalq təşəbbüslər irəli sürüb, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) çağırılması isə belə təşəbbüslərdən birinə çevrilib.


Prezident Nursultan Nazarbayev ilk dəfə olaraq beynəlxalq ictimaiyyəti 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasının tribunasından Asiyada təhlükəsizliyin təmin edilməsi üzrə səmərəli və universal strukturun formalaşdırılmasına çağırıb. Qazaxıstanın Birinci Prezidenti qeyd etdi ki, təşəbbüsün əsas ismarıcı digər qitələrdən fərqli olaraq, kollektiv təhlükəsizliyin təmin edilməsi mexanizmini olmayan Asiyada bu cür mexanizmin yaradılması üçün əvvəllər uğursuz cəhdlərin reallaşdırmasıdır.


Qazaxıstan alimi K.N.Şakirovun fikrincə, "Qazaxıstanın bu təşəbbüsünün əsas məzmunu Asiyada elə bir təhlükəsizlik sisteminin yaradılmasından ibarət idi ki, onun istənilən üzvü müdafiə olunmuş olardı və onun təhlükəsizliyi Asiyada potensial hərbi təhdidlərin səviyyəsinin həqiqi olaraq azaldılmasına yönəlmiş beynəlxalq-hüquqi xarakterli bir sıra tədbirlər ilə təmin edilərdi".


90-cı illərdə Xarici İşlər Naziri Kasım-Jomart Tokayev başda olmaqla, Qazaxıstan diplomatları Prezident N.Nazarbayevin təşəbbüsünün reallaşdırmaq üçün gərgin iş aparırdılar. Prosesin sonrakı inkişafının əsasını qoymuş ilk rəsmi sənəd 14 sentyabr 1999-cu il tarixində AQEM-in xarici işlər nazirlərinin birinci görüşündə Almatıda qəbul olunmuş AQEM-də üzv dövlətlər arasında münasibətləri tənzimləyən Prinsiplər Bəyannaməsi oldu.


Bəyannamədə üzv dövlətlər BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq olduqlarını təsdiq etmiş, həmçinin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərini əks etdiriblər: müşavirəyə üzv olan bütün dövlətlərin suverenliyinə və hüquqlarına hörmət edilməsi; ərazi bütövlüyünün qorunması və bir-birinin daxili işlərinə qarışmaması; mübahisələrin sülh yolu ilə həll edilməsi; güc tətbiqindən imtina edilməsi; tərksilahlanma və silahlara nəzarət edilməsi; ticari-iqtisadi, sosial, mədəni və humanitar sahələrdə əməkdaşlıq edilməsi; BMT və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq fundamental insan hüquqlarına hörmət edilməsi.
 


AQEM bu gün

Tam əminliklə demək olar ki, son iyirmi ildən artıq müddətdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə digər regional təşkilatlarla yanaşı, ümum Asiya təhlükəsizliyi arxitekturasında layiqli yer tutub. AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində etimadın və əməkdaşlığın möhkəmləndirilməsi üzrə səmərəli beynəlxalq forum kimi özünü təsdiqləyib.


Lap əvvəldən Nursultan Nazarbayevin müşavirənin çağırılması təşəbbüsü əksər Asiya ölkələri, eləcə də bir çox nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən dəstəklənmişdir. Müşavirə bu gün Sakit okeandan Aralıq dənizinə, Uraldan Hind okeanına qədər 27 ölkəni birləşdirir; AQEM-in müşahidəçi statusuna doqquz dövlət və BMT, ATƏT, Ərəb Dövlətləri Liqası da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar daxildir; ŞƏT, ŞƏT RAQ, İƏT, BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi, Qazaxıstanın Xalq Assambleyası ilə tərəfdaşlıq sazişləri bağlanıb.


AQEM–in ən mühüm əsas sənədi olan Almatı Aktı 2002-ci ildə AQEM dövlət və hökumət başçılarının birinci Sammitində qəbul edilib və forumun Nizamnaməsi kimi də istifadə olunur. Bu tarixi sənəddə üzv dövlətlərin Asiyada bütün dövlətlərin sülh şəraitində birgə yaşadığı, onların sülh, azadlıq və tərəqqi şəraitində yaşayan xalqlarının isə sülhün, təhlükəsizliyin və inkişafın bir birini tamamladığı, bir birini möhkəmləndirdiyi və gücləndirdiyi əmin olduğu ümumi və bölünməz təhlükəsizlik məkanının yaradılmasına qətililiyi ifadə olunub.


Asiya qitəsində çoxtərəfli diplomatiya tarixində unikal sənəd AQEM-inn etimad tədbirlərinin Kataloqu” üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin ölçülməsini təsdiq edib. “Etimad tədbirlərinin həyata keçirilməsinə Kooperativ yanaşma” sənədində isə etimad tədbirlərinin həyata keçirilməsi mexanizmi nəzərdə tutulub.


AQEM-in ciddi üstünlüyü hərbi-siyasi, yeni çağırış və təhdidlər, iqtisadi, ətraf mühitin mühafizəsi, humanitar sahələri kimi beş geniş müstəvidə təhlükəsizliyinin təmin edilməsində özünü əks etdirən təhlükəsizlik məsəkələrində hərtərəfli yanaşmadır. Təhlükəsizlik Şurasının ciddi üstünlüyü beş geniş ölçüdə təhlükəsizliyin təmin edilməsindən ibarət olan təhlükəsizlik məsələlərinə hərtərəfli yanaşmadır. AQEM üzv dövlətlərin qarşılıqlı fəaliyyət sahələrin sayı tədricən artır. Buraya ekologiya, turizm, təhsil, gənclər siyasəti, kiçik və orta biznes, kənd təsərrüfatı, kibercinayətkarlıq və yeni virusların yayılması, terrorizmə və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə məsələləri daxildir.


Etimad tədbirlərinin praktiki surətdə həyata keçirilməsi prosesini əlaqələndirən ölçü və sahələrin koordinatorlar və həmkoordinatorlar ölkələr müəyyən edilib. Üzv dövlətlər etimad tədbirlərinin könüllü və mərhələli şəkildə həyata keçirilməsi barədə razılığa gəliblər. Bütün qərarlar konsensus əsasında qəbul edilir ki, bu da forum çərçivəsində qərarların qəbulunun inklyuziv və qeyri-diskriminasiya prinsipini təmin edir.


Yarandığı vaxtdan beş zirvə görüşü və xarici işlər nazirlərinin beş görüşü keçirilib ki, bu da müşavirə prosesinə fəal siyasi dəstək nümayiş etdirir. AQEM-in sədri vəzifəsini ardıcıl olaraq Qazaxıstan (2002-2010), Türkiyə (2010-2014), Çin (2014-2018) və Tacikistan (2018-2020) tutub. Müşavirənin təşkilati strukturu formalaşdırılıb, təhlükəsizlik məsələlərinin geniş dairəsi üzrə mütəmadi olaraq siyasi məsləhətləşmələr aparılır. AQEM-in təsisatları olan Gənclər Şurası və Biznes Şurası səmərəli fəaliyyət göstərir, mütəmadi olaraq Biznes Forumunun, Analitik Mərkəzlər Forumunun, Qeyri-Hökumət Təşkilatları Forumunun iclasları keçirilir. Müşavirədə daimi fəaliyyət göstərən Katiblik var və onun mənzil-qərargahı Nur-Sultan şəhərində müasir EKSPO kompleksində yerləşir.
 


Qazaxıstanın sədrliyi
 

2020-ci il AQEM-in sədri vəzifəsinə Qazaxıstan yenidən seçilməsi ilə əlamətdar olub. Qazaxıstan sədrliyi müşavirənin inkişafına öz baxışlarını təklif etmişdir. Belə ki, 2019-cu ildə Düşənbədə keçirilmiş Ümumdünya Ticarət Təşkilatının beşinci sammitində Prezident Kasım-Jomart Tokayev bir sıra konkret prioritetləri müəyyənləşdirib.


İlk növbədə, söhbət AQEM-in gələcək institusional inkişafından gedir. Bundan əvvəl AQEM-in regional təhlükəsizlik üzrə tamdəyərli beynəlxalq təşkilata çevrilməsi təklifi Qazaxıstan Respublikasının Birinci Prezidenti tərəfindən 2012-ci ildə təşəbbüsün 20 illiyinə həsr olunmuş AQEM ölkələrinin xarici işlər nazirlərinin 4-cü yubiley sessiyasında irəli sürülüb. Sədrlik bu təklifi forumun müxtəlif yolları çərçivəsində sistemli şəkildə müzakirə etmək xəttini ardıcıl surətdə həyata keçirir. Katiblik öz növbəsində sədrliyə yardım göstərir və müvafiq analitik iş aparır.

 

AQEM-in rolunun möhkəmlənməsi – Asiya təhlükəsizliyinin zəmini
 

Son zirvə görüşləri və xarici işlər nazirlərinin görüşləri zamanı AQEM-in üzvü olan dövlətlər geniş gündəlikdə duran dialoqda fəal iştirak edir, yeni çağırış və təhdidlərə, beynəlxalq iştirak və nizamlanmanı tələb edən regional problemlərə diqqət yetirirlər.
Qazaxıstan AQEM prosesinin təşəbbüskar ölkəsi olaraq, Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata tədricən və davamlı şəkildə transformasiyasını təklif edir, bu isə öz növbəsində forumun kontinental və qlobal təhlükəsizlik məsələlərində rolunun daha da möhkəmlənməsinə, yeni məsələlərin həlli üçün AQEM alətinin etimad tədbirlərinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasına və uyğunlaşdırılmasına gətirib çıxaracaq. Tanınmış Qazaxıstan analitiki M.Laumulinin fikrincə, “Hazırda AQEM-in aktual vəzifəsi əməkdaşlığın keyfiyyətcə yeni səviyyələrinə - preventiv diplomatiyaya və münaqişələrin qarşısının alınmasına keçməkdir”.


Prezident Kasım-Jomart Tokayev yaxın gələcəkdə AQEM-in himayəsi altında beynəlxalq mediasiyanı  həyata keçirə biləcək tam təhlükəsizlik sistemi qurmaq perspektivini görür. Nəzərə almaq lazımdır ki, Qazaxıstan diplomatiyasını bu cür təcrübəsi var və onu Müşavirə formatında genişləndirmək vacibdir.
 


Xülasə
 

Asiyanı haqlı olaraq XXI əsrdə dünya inkişafının əsas hərəkətverici qüvvələrindən birinə aid edirlər, qitənin rolu və əhəmiyyəti daha da artacaqdır. Dünyanın mədəni və etnik müxtəliflik, iqtisadi inkişaf dinamikası və qarşılıqlı əlaqənin artması ilə insanı heyran qoyan ən çox əhalisi olan regionu qlobal miqyasda öz yeni rolunu məsuliyyətlə qarşılamalıdır.


Təəssüf ki, Asiya hələ də bir sıra köhnə münaqişələrlə, qarşılıqlı inamsızlıqla üzləşir. Müasir dövrün qlobal problemləri – beynəlxalq terrorizm və ekstremizm, qeyri-qanuni narkotik ticarəti və miqrasiya, dini və etnik dözümsüzlük, ekoloji fəlakətlər hələ də öz həllini gözləyir. Bu təhdid və çağırışların həlli yalnız qitə ölkələrinin ümumi yanaşmalarının hazırlanması zamanı mümkündür.


AQEM ideyanın yaranmasından onun gerçəkləşdirilməsinə qədər böyük təkamül yolu keçib və hazırda Asiya dövlətlərinin geniş təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyəti üçün tələb olunan məkana xidmət edir. AQEM üzv dövlətləri razılaşırlar ki, Asiya xalqlarının öz gələcəyinin və beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün ən effektiv yollarının müəyyən edilməsinin vaxtı çatıb, bu da, qitənin qlobal siyasətdə getdikcə daha əhəmiyyətli rol oynayan dinamik inkişafına zəmin yaradır.


Asiyanın dünya işlərində yeni rolunun dərk edilməsi, demək olar ki, otuz il əvvəl Qazaxıstanın Birinci Prezidentinin təşəbbüsü ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə üzv dövlətlərin intensiv qarşılıqlı fəaliyyəti ilə nəticələndi. Qanunauyğun haldır ki, 15 iyun 2019–cu il tarixində Düşənbədə keçirilmiş beşinci zirvə toplantisinin Bəyannaməsində Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin AQEM-in təsisçisi kimi şəxsi rolunu yüksək qiymətləndirilib və AQEM-in inkişafına verdiyi əhəmiyyətli töhfələrə görə dərin minnətdarlıqlarını bildirilib və Asiyada sülhün, təhlükəsizliyin və qarşılıqlı fəaliyyətin təmin edilməsi üzrə birgə səylərin, AQEM-in potensialının artırılmasında fəal iştirakını alqışlayıblar .


Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 47-ci il iclasında çıxışı (Nyu-York, 5 oktyabr 1992 г.) http://zhasorda.kstu.kz/wp-content/uploads/2018/05/47-aya-sessiya-OON.pdf

K.N.Şakirov. «Qazaxıstanın müstəqil beynəlxalq münasibətlər subyekti kimi xarici siyasət təşəbbüsləri haqqında», https://www.kaznu.kz/content/files/pages/folder22401/%D0%A8%D0%B0%D0%BA%D0%B8%D1%80%D0%BE%D0%B2%20%D0%9A.%D0%A1%D1%82.%D0%B2%20%D0%A1%D0%B1.%D0%9E%20%D0%B2%D0%BD%D0%B5%D1%88%D0%BD%D0%B5%D0%BF%D0%BE%D0%BB.%D0%B8%D0%BD%D0%B8%D1%86%D0%B8%D0%B0%D1%82%D0%B8%D0%B2%D0%B0%D1%85.pdf

K.K.Tokayevin diplomatiyası: Qazaxıstanın xarici siyasətinin Asiya vektoru. Murat Laumulin, https://strategy2050.kz/ru/news/diplomatiya-k-k-tokaeva-aziatskiy-vektor-vneshney-politiki-kazakhstana/


Qazaxıstan Respublikasının Prezidenti K.K.Tokayevin Asiyada Qarşılıqlı Faəliyyət və Etimad Tədbirləri Müşavirənin (AQEM) beşinci zirvə görüşündə çıxışı, 15 iyun 2019-cu il. Düşənbə, Tacikistan Respublikası. https://www.s-cica.org/page_ol/Kazakhstan5/

Asiyada Qarşılıqlı Faəliyyət və Etimad Tədbirləri Müşavirənin (AQEM) beşinci zirvə görüşünün bəyannaməsi. AQEM regionun təhlükəsiz və daha çiçəklənən regionun ümumi baxışı. https://www.s-cica.org/russian_pdf/Declaration_of_the_Fifth_CICA_Summit_rus.pdf

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]