Braziliya millisi DÇ-2022 nin seçmə qrup mərhələsində liderliyini davam etdirir- İNTİQAM təqdim edir (AZpress.AZ)

Braziliya millisi “DÇ-2022”nin seçmə qrup mərhələsində liderliyini davam etdirir- İNTİQAM təqdim edir (AZpress.AZ)

Braziliya millisi “DÇ-2022”nin seçmə qrup mərhələsində liderliyini davam etdirir- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Cənubi Amerika ölkələri arasında futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin növbəti turunun oyunları keçirilib.

 

Turun maraqlı oyunlarından biri yarış cədvəlinə şəriksiz liderlik edən Braziliya yığması ilə Uruqvay arasında baş tutub. “Amazoniya” stadionunda Uruqvayı qəbul edən sambaçılar rəqibini 4:1 hesabı ilə məğlub ediblər. Bununla da, 11 oyun keçirən Braziliya millisi onuncu qələbəsini qazanaraq, aktivindəki xalların sayını 31-ə çatdırıb. Braziliya millisinin heyətində Neymar, Rafinya (dubl edib) və Qabriel Barboza fərqləniblər. Qonaqların vurduğu yeganə təsəlli qolunun müəllifi isə Luis Suares olub.Yarış cədvəlində liderin ən yaxın izləyicisi Argentina millisi də turu qələbə ilə bitirib. Heyətində Lionel Messinin də çıxış etdiyi Argentina “Monumental Antonio Vesenusio Liberti” stadionunda autsayderlərdən biri olan Perunu minimal hesabla məğlub edib – 1:0. Matçın taleyini həll edən yeganə qolu ilk yarıda Martines vurub.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: Boliviya – Paraqvay – 4:0, Kolumbiya – Ekvador – 0:0, Çili – Venesuela – 3:0.Hazırda yarış cədvəlində vəziyyət belədir: Braziliya – 31 xal, Argentina – 25, Ekvador – 17, Kolumbiya – 16, Uruqvay -16, Çili – 13, Boliviya – 12, Paraqvay – 12. Peru – 11, Venesuela – 7.
İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]