Masallıda Sərbəst güləş idman növü üzrə rayon birinciliyi (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

Masallıda Sərbəst güləş idman növü üzrə rayon birinciliyi (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

Masallıda Sərbəst güləş idman növü üzrə rayon birinciliyi (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

  

15-16 oktyabr 2021-cı il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azər” İdman klubunda 18 oktyabr Dövlət müstəqilliyinin bərpası gününə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

 

Yarışın mükafatlandırılma mərasimində çıxış edən Masallı rayon gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançıları Müstəqillik günü münasibəti ilə təbrik etmiş və yarışın əsas məqsədi, rayonda güləş idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi olduğunu bildirmişdir.

 

10 çəki dərəcəsində 72 nəfər yeniyetmə idmançıların iştrakı ilə keçirilən Yarış olduqca gərgin mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]