MEK-də Müstəqilliyin bərpasının 30-cu ildönümü qeyd olunub +FOTO=4

MEK-də Müstəqilliyin bərpasının 30-cu ildönümü qeyd olunub +FOTO=4

MEK-də Müstəqilliyin bərpasının 30-cu ildönümü qeyd olunub +FOTO=4

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə çıxış edən AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev öncə müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə bütün kitabxana əməkdaşlarını təbrik edib. Baş direktor bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərində ağır sınaqlardan keçərək çoxsaylı təhlükələrlə üzləşmişdir. Professor vurğulayıb ki, məhz bu şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. “Ümummili liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqları əsasında müstəqil xarici siyasət yürüdülüb və məqsədə doğru daim inamlı addımlar atılıb. Bütün bunların nəticəsi kimi ilk dəfə olaraq bu günü qalib xalq kimi qeyd edirik!”- deyə baş direktor bildirib.

 

Məlumat üçün onu da qeyd edək ki, MEK-də 18 oktyabr- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar sərgi təşkil olunub. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi karantin rejimi tələblərinə tam əməl olunmaqla oxucuların ixtiyarına verilib.
Sərgidə İrfan Ülkü “Qırmızı ulduzdan hilala. Heydər Əliyevin fırtınalı həyatı”, “Müstəqil Azərbaycan. Independent Azerbaijan- 20 il.year”, Nəsiman Yaqublunun Azərbaycan xalqının 1920-1991-ci illərdə sovet rejiminə qarşı apardığı mübarizə haqqında “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası”, İradə Hüseynovanın “Müstəqilliyimizin təminatçısı” və “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Haydar Aliyev ve Azerbaycanda yeni devlet kuruculuğu”, Həsən Mirzəyevin “Heydər Əliyev Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusudur”, Həsən Həsənovun “Birinci Respublikaya aparan yolda. Azərbaycan tarixi oçerkləri”, “Haydar Aliyev ve Azerbaycanın yükselişi, çöküşü ve yeniden yüksəlişi”, “Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi. Ulu öndər Heydər Əliyevin xarici səfərləri fotoşəkillərdə (1993-2003)” kitabları ilə yanaşı, Azərbaycan dövlətçiliyinin tarixini öyrənən mütəxəssislər, tədqiqatçılar, həmçinin müasir Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsinin marağına səbəb olacaq digər nəşrlər təqdim olunub.
Qeyd edək ki, sərgi iki həftə boyunca davam edəcək.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]