Bakı turnirinə yaponlar böyük heyətlə gələcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Bakı turnirinə yaponlar böyük heyətlə gələcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Bakı turnirinə yaponlar böyük heyətlə gələcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Noyabrın 5-dən 7-dək paytaxt Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Artıq bir sıra ölkələr Bakı turnirində iştiraklarını təsdiq ediblər. Təşkilat Komitəsindən verilən məlumata görə, ölkələrin qeydiyyatı davam edir. Xatırladaq ki, indiyədək iştirakını 20 əlkə təsdiq edib ki, onlardan da biri Yaponiyadır. Maraqlıdır ki, cüdonun vətəni sayılan Gündoğar Ölkə Azərbaycan paytaxtına böyük heyətlə gəlməyi planlaşdırıb. Yaponların heyətinə 7-si qadın olmaqla 19 tatami ustası daxil olub. Heyətdə çoxlu sayda titullu cüdoçular yer alıb. Turnirə ev sahibliyi edəcək Azərbaycan komandası isə hələlik heyəti müəyyənləşdirməyib.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]