Həkimin intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

Həkimin intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

Həkimin intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimin intihara cəhd etməsilə bağlı rəsmi məlumat açıqlanıb.

 

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirilib ki, əmək vəzifəsini icra etmədiyinə görə Aynur Əsədlidən izahat istənilib:

 

 

“Aynur Əsədli bununla razılaşmayıb və etik normalara zidd davranış nümayiş etdirib”.

 

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim intihara cəhd edib. Həkim- laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.

 

İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib. Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bir müddət öncə Aynur Əsədlini məhkəməyə verib. Məhkəmə çəkişməsinə səbəb A.Əsədlinin institutdakı problemlərlə bağlı Dövlət Başçısına məktubla müraciət etməsi olub.

 

Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək. Qeyd edək ki, hadisə ilə bağlı məlumatı ilk dəfə unikalorg.az yayıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]