"Baktelecom" onlayn xidmət sahəsini genişləndirdi

"Baktelecom" onlayn xidmət sahəsini genişləndirdi

Bakı, 18 oktyabr, 2021-ci il: Bakı Telefon Rabitəsi MMC (Baktelecom) istifadəçilərin rahatlığını təmin etmək məqsədi ilə internet tariflərinin onlayn dəyişdirilməsi funksiyasını yaradıb.
 

Artıq “Baktelecom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində https://baktelecom.az/onlayn internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti alan bütün istifadəçilər yararlana bilirlər.
 

Bir müddət öncə “Baktelecom” internet sürətlərini artırıb, bunun müqabilində aylıq ödəniş haqqını endirib. Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan yenilənmiş tariflərə qoşula bilirlər.
 

Bundan öncə “baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da aktivləşdirilib. Sözügedən bölmə vasitəsi ilə vətəndaşlar optik internet xidmətinə qoşulmanı məsafə qət etmədən seçdikləri tarif əsasında onlayn sifariş edə bilirlər.
 

Məlumat üçün bildirək ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə “Baktelecom”un müraciətlərin qəbulunu 24/7 həyata keçirən “155 Çağrı Mərkəzi", rəsmi veb-saytında onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları (https://www.facebook.com/baktelecom https://twitter.com/baktelecom https://www.instagram.com/baktelecom.az/) mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]