TİBBİ COĞRAFİYA ŞÖBƏSİNİN ƏMƏKDAŞI SOLPUGLARIN COĞQRAFİ TƏHLİLİNİ VERİB

TİBBİ COĞRAFİYA ŞÖBƏSİNİN ƏMƏKDAŞI SOLPUGLARIN COĞQRAFİ TƏHLİLİNİ VERİB

TİBBİ COĞRAFİYA ŞÖBƏSİNİN ƏMƏKDAŞI SOLPUGLARIN COĞQRAFİ TƏHLİLİNİ VERİB 

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyevin “Elm və həyat” jurnalında “Анализ территориального распространения сольпуг в Азербайджане” (Azərbaycanda solpugların ərazi bölgüsünün təhlili”) adlı məqaləsi dərc edilib.

 

Məqalədə solpugların (bövlərin) respublika üzrə yayılmasının coğrafi təhlilini verən mütəxəssis bu növ hörümçəkkimilərə bənzər onurğasız heyvanların yayılmasının əsasını atmosfer havasının rütubətliliyi və torpaq faktoru təşkil etdiyini diqqətə catdırıb. O göstərib ki, solpuglar arid zonalarda - səhra və yarımsəhra tipli ərazilərdə məskunlaşmışlar. Bu onların coğrafi yayılmasında xüsusi əhəmiyyətə malikdir. Yırtıcı həyat tərzi keçirən solpugların respublika ərazisində pambıq, üzüm, taxıl, tərəvəz və s. kənd təsərrüfatı sahələrində ziyanverici həşəratların, hətta gəmiricilərin kütləvi surətdə məhv edilməsindəki rolu danılmazdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]