AzTU ilə "Bank Respublika" ASC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

AzTU ilə "Bank Respublika" ASC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov və hər iki tərəfdən nümayəndələr iştirak edib.
 

Rektor Vilayət Vəliyev qonaqlara universitetdə görülən işlər, həyata keçirilən yeni layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, tələbələrin əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
 

“Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Tariyel İsmayılov imzalanacaq memorandumun müvafiq sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yaradacağına əminliyini bildirib.
 

Çıxışlardan sonra AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
 

Memoranduma əsasən, tərəflər tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcək.
 

Memorandumda təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmə, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, onların məşgulluğunun təmin edilməsi məqsədilə bankda təcrübə keçmələrinin təmin olunması da əksini tapıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]