Bakı yollarında sıxlığın qarşısını almaq üçün tədbirlər görülür (+FOTO=3, +VİDEO)

Bakı yollarında sıxlığın qarşısını almaq üçün tədbirlər görülür (+FOTO=3, +VİDEO)

Bakı yollarında sıxlığın qarşısını almaq üçün tədbirlər görülür (+FOTO=3, +VİDEO)

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib.İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli  bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb: “Paytaxt yollarının, piyada səkilərinin, yolların hərəkət istiqamətlərini zəbt olunması məsələsini dəfələrlə vurğulasaq da, təəssüf ki, yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər hələ də təkrarlanır. Yol polisi yenidən günləndirilmiş tədbirlər keçirib və bu proses davam edəcək.Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”, - deyə A.Əsgərli vurğulayıb.Azərtac

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]