Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilib +FOTO=8

“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası” mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilib +FOTO=8

“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası” mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilib +FOTO=8

 

KOICA Azərbaycan Nümayəndəliyi və Dövlət Miqrasiya ilə birgə təşkilatçılığı ilə “Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası” mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilib

 

KOICA Azərbaycan Nümayəndəliyi və Dövlət Miqrasiya ilə birgə təşkilatçılığı ilə “İmmiqrasiya Xidmətinin İdarə edilməsi sektorunda Koreya Təcrübəsinin Paylaşılması" mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilib

 

19 oktyabr 2021-ci il tarixində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Xidmətinin müxtəlif şöbələrindən olan 10 nəfər mütəxəssis üçün “İİmmiqrasiya Xidmətinin İdarə edilməsi sektorunda Koreya Təcrübəsinin Paylaşılması” mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilmişdir. Seminar 2017-2019-cu illərdə Koreyada təşkil edilmiş “İmmiqrasiya Xidmətinin İdarə Edilməsi üzrə Potensialın Artırılması” adlı Təlim Proqramının əsasında hazırlanmışdır.

COVID-19 Pandemiyası ilə əlaqəli mövcud vəziyyətdən irəli gələrək təqdimatçıların və təlim iştirakçılarının sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının mövcud məhdudiyyətlərinə əməl edilmişdir.

 

KOICA Azərbaycan Nümayəndəliyi adından Proqram Koordinatoru xanım Pərvin Qarazadə öz nitqində Təlim Proqramının keçirilməsində əsas məqsədin Koreyanın məlumat miqrasiya idarəetmə sistemi və Koreyanın Miqrasiya Aktının öyrənilməsi, həmçinin problemlərin həlli üçün müvafiq fəaliyyət planının hazırlanması olduğunu bildirdi. Koreya elektron hökumət və idarəetmə sistemini davamlı olaraq inkişaf etdirib. Baxmayaraq ki, hər bir ölkənin özünəməxsus xüsusiyyətləri və bənzərsiz mədəniyyəti var, erkən elektron hökumət siyasətini sınaqdan keçirən Koreyanın təcrübəsini araşdırıb öyrənmək, eyni xəta və uğursuzluqlara uğramadan daha da inkişaf etmiş bir sistem yaratmağa imkan verəcəkdir” deyə əlavə etdi.

 

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov bütün təlim iştirakçıları adından Koreya Hökumətinə minnətdarlığını bildirdi və iki hökumət arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yaxından iştirak edəcəyini vəd etdi. Vahid bəy öz çıxışında COVID-19 böhranı ilə əlaqədar olaraq elektron hökumət xidmətlərinə dair yeni tələblərin yarandığını və Xidmətin mütəxəssislərinin COVID-19 pandemiyası zamanı ictimai xidmətlərə dair artan tələbatı qarşılamaq üçün yeni tətbiqlər və xidmətlər hazırlamaq məqsədilə səfərbər olduğunu vurğuladı.

 

Seminar, KOICA Təlim Proqramının məzunu olan Vahid Qəhrəmanov tərəfindən “İmmiqrasiya Xidmətinin İdarə edilməsi sektorunda Koreya Təcrübəsinin Paylaşılması” barədə təqdimat çıxışı ilə davam etdi. Sözügedən Seminar Koreyeda təlim proqramında iştirak etmək imkanı olmayan şəxslər üçün böyük bir fürsət oldu.

 

KOICA Qrant Proqramı çərçivəsində 2017-2019-cu illər ərzində Dövlət Miqrasiya Xidmətinin və müvafiq dövlət qurumlarının 14 nəfər dövlət rəsmisi üçün Koreyada “İmmiqrasiya Xidmətinin İdarə Edilməsi üzrə Potensialın Artırılması” mövzusunda KOICA Təlim Proqramı təşkil edilmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]