İcitmai Nəzarət Mərkəzinin hesabatı təqdim olunub +FOTO=8

İcitmai Nəzarət Mərkəzinin hesabatı təqdim olunub +FOTO=8

İcitmai Nəzarət Mərkəzinin hesabatı təqdim olunub +FOTO=8

 

İctimai Nəzarət Mərkəzinin 20 oktyabr 2021-ci il tarixində 6 aylıq fəaliyyət hesabatı ilə əlaqədar onlayn konfrans keçirilib. Konfransda bir sıra dövlət qurumları, QHT və KİV nümayəndələri iştirak edib. İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni iştirakçıları salamlayaraq tədbiri açıq elan edib və İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıb. Təqdimatda İctimai Nəzarət Mərkəzinin fəaliyyəti, məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, keçirilən tədbirlər, vətəndaşların müraciətləri və s. yer alıb. Rauf Zeyni İctimai Nəzarət Mərkəzinin keçirdiyi əsas tədbirləri - 23 aprel 2021-ci il tarixində “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr”, 19 may 2021-ci il tarixində “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə əlaqədar mövcud problemləri”, 1 iyul 2021-ci il tarixində “Gömrük sistemində mövcud problemlər və onların həlli yolları”, 17 sentyabr 2021-ci ildə “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda konfransları, indiyə qədər İctimai Nəzarət Mərkəzi İdarə Heyətinin vətəndaş cəmiyyəti problemləri ilə əlaqədar 20-dən çox keçirilən toplantıları, vətəndaşların müxtəlif problemlərlə bağlı etdiyi müraciətləri və bu barədə statistik məlumatları tədbir iştirakçılarına bildirib.
Daha sonra bir sıra dövlət qurumları və QHT nümayəndələri – İctimai Nəzarət Mərkəzinin İdarə üzvlərindən İlham İsmayılov, Əhməd Abbasbəyli və Ümid Mirzəyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun sədr müavini Tanrıverdi Aydınov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səidə Abasova, ASAN Xidmətin nümayəndəsi Adil Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Adəm Salahov, KOBİA-nin nümayəndəsi Aqşin Mehdiyev, Şirvan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsiman Ağabəyov, Şirvan Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Əli Mirzəyev, Ə.Haqverdiyev Mərkəzinin sədri Eldar Məlik Abbas, İstedadlı Əlillər Cəmiyyətinin sədri Qubad Qasımlı, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rahib Süleymanzadə, Quba Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Eynulla Xeyrullayev, Tibb Universiteti yanında İctimai Şuranın sədr müavini Aidə Bəndəliyeva, Milli Məclisin deputatı Aydın Hüseynov, Ailələrə Sosial Dəstək İB-nin sədri Esmira Rəhimova, Qadın Sahiblar İB-nin sədri Zemfira Ağayeva, Ekoloji Maarifçilik və Monitorinq İB-nin sədri Qəmzə Yusubova çıxış edərək öz fikir və təkliflərini bildirib.
Sonda Rauf Zeyni iştirak edən hər bir şəxsə öz minnətdarlığını bildirib və İctimai Nəzarət Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]