Qəzada ölən Şəhid xanımı maşını özü İDARƏ EDİRMİŞ

Qəzada ölən Şəhid xanımı maşını özü İDARƏ EDİRMİŞ

 Qəzada ölən Şəhid xanımı maşını özü İDARƏ EDİRMİŞ

 

 

Daxili İşlər Nazirliyi (DİN) şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

 

Rəsmi məlumata görə, Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, G. Ələsgərova Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı olub. Onların 3 azyaşlı övladı qalıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]