TƏSƏLLİMİZ BUDUR Kİ... (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=11)

TƏSƏLLİMİZ BUDUR Kİ... (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=11)

TƏSƏLLİMİZ BUDUR Kİ... (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=11)

 

 

 

Masallı rayonunun Çaxırlı kəndindən olan şəhid əsgər Ağamalı Şamil oğlu Ağayevin il mərasimi

Bu gün, 21 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Ağamalı Şamil oğlu Ağayevin il mərasimi keçirilmişdir.

 

İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin üzvü Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və s. iştirak etmişlər.

 

Rayon rəsmiləri əvvəlcə Masallı rayonunun Çaxırlı kəndi ərazisinin mərkəzində şəhidin şərəfinə ucaldılmış abidə-bulaq kompleksini ziyarət etmişlər.

 

İcra başçısı cənab Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Ağamalı və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Ağamalı kimi oğullar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, Ağamalı, təkcə Şamilin yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah Ağamalı balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…

 

Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
Masallı rayonunun icra başçısı həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakı görülən son inşaat işlər haqqında məlumat verərək, buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova minnətdarlıq ifadə etmişdir.
Məlumat üçün bildirək ki, Ağamalı Şamil oğlu Ağayev 23 sentyabr 1996-cı ildə Çaxırlı kəndində anadan olmuşdur.
2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil almışdır.

 

Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

 

Azərbaycan Ordusunun, İkinci Qarasbağ döyüşlərinin könüllü əsgəri olan Ağamalı Ağayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Vətəm müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.

 

Ağamalı Ağayev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı yaralı hərbçini döyüş meydanından çıxaran zaman snayper gülləsi nəticəsində şəhid olmuşdur.

 

Çaxırlı kənd qəbiristanlığında böyük izdihamla dəfn edilmişdir.

 

Subay idi.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şəhid Ağamalı Ağayevin ailəsi, şəxsən atası Şamil Ağayev hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.

 

İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər.

 

Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Ağamalı Ağayevin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə çiçəklər düzülmüşdür.
Çıxışlarda şəhid barədə xatirələr söylənilib, onun vətənsevər, cəsarətli bir insan olduğunu vurğulamışlar.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]