Sərbəst güləşçilər dünya çempionatına Xasavyurtda hazırlaşır - İNTİQAM təqdim edir (AZpress.AZ)

Sərbəst güləşçilər dünya çempionatına Xasavyurtda hazırlaşır - İNTİQAM təqdim edir (AZpress.AZ)

Sərbəst güləşçilər dünya çempionatına Xasavyurtda hazırlaşır - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, həmin yarışda Azərvbaycan güləşçiləri də mübarizə aparacaqlar. Bu məqsədlə də sərbəst güləşçilərimiz oktyabrın 18-dən etibarən Dağıstanın Xasavyurt şəhərində yerli pəhləvanlarla birgə təlim-məşq toplanışına başlayıblar. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə noyabrın 3-də yekun vurulacaq. Qeyd edək ki, yarışın ilk günləri yunan-Romaçılar və zərif cinsdən olanlar mübarizə apacaqları üçün uisərbəst güləşçilər noyabrın 5-dən 7-dək mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]