Təranə Paşayeva: 7 saxta dost tipi

Təranə Paşayeva: 7 saxta dost tipi

Təranə Paşayeva: 7 saxta dost tipi

 

                                                                                Yaxşı gün dostu

Hamının yaxşı tanıdığı dost tipidir. Şənliklərinizdə ən başda yer alır, köməyə ehtiyacınız olan anda telefonlara cavab vermir.

 

 

Sosial istifadəçi

Daha çox gənclik illərinin dostudur. Hər zaman ən populyar və istedadlı insanlara yaxın olmağa can atır. Müdiri ilə dostluq etmək istəyən insanlar da bu kateqoriyadandır.

 

Mühakimə edən dost

Ən xırda fürsətdə belə sizi mühakimə etmək üçün onlarla səbəb tapa bilər. Səhvlərinizi ortaya çıxarıb üzünüzə vurmaq ən sevimli peşəsidir.

 

Qısqanc dost

Ətrafınızda sizə daima nə qədər şanslı, nə qədər mükəmməl, nə qədər bacarıqlı olduğunuzu deyən biri var? Bu, işinizi, xoşbəxtliyinizi, xarici görünüşünüzü qısqanan dostlarınızdır.

 

Sizi özündən yüksəkdə görmək istəməyən dost

Adətən sizi dəstəkləyir, kömək etməyə çalışır. Lakin bunların hər zaman bir limiti var. Əsla ondan daha yaxşı ola bilməzsiniz. İçdən içə özünün qalxa bilmədiyi zirvələrdə sizi də görmək istəmir belə dostlar.

 

Dost görünümlü rəqib

Yeni telefon aldınız və dostunuz sizinkindən daha üstün bir marka ilə maraqlandığını vurğuladı? Gitara kursuna yazıldınız və dostunuz konservatoriyaya qəbul olacağından danışdı? Artıq onun dost yox əslində rəqib olduğunu bilirsiniz.

 

Manipulyator dostlar

Əksək hallarda uzun müddət dostluq etdiyiniz insanlardır. Zəif nöqtələrinizi, sizdən faydalanmaq üçün nə edəcəklərini yaxşı bilir. Bəzən möhtac, bəzən küsəyən, bəzən aqressiv, bəzən isə yaltaq görünürlər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]