RSXM-nin əməkdaşları "Mərkəzi Asiya ölkələrinin coğrafi məkan və statistikadan inteqrasiya olunmuş istifadəyə dair Təhsil Potensialının Gücləndirilməsi Proqramı"nda iştirak ediblər - FOTO

RSXM-nin əməkdaşları "Mərkəzi Asiya ölkələrinin coğrafi məkan və statistikadan inteqrasiya olunmuş istifadəyə dair Təhsil Potensialının Gücləndirilməsi Proqramı"nda iştirak ediblər - FOTO

"Mərkəzi Asiya ölkələrinin coğrafi məkan və statistikadan inteqrasiya olunmuş istifadəyə dair Təhsil Potensialının Gücləndirilməsi Proqramı”  çərçivəsində 2021-ci ildə (14, 16, 18 iyun; 12,14,16 iyul; 16.18.20 avqust; 13,15,17 sentyabr tarixlərində) onlayn kommunikasiya platformaları - Microsoft Teams  və Zoom üzərindən Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan, eləcə də  Azərbaycandan olan nümayəndələrin iştirakı ilə onlayn təlimlər keçirilib.


140 - dan artıq iştirakçının qatıldığı təlimlərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov iştirak ediblər.


Proqram çərçivəsində Yerin məsafədən zondlanması məlumatlarının emalı və texnologiyalarına dair məsələlər müzakirə olunub. Müxtəlif fasilələrlə dörd ay davam edən müzakirələr başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunub. RSXM-nin əməkdaşları da sertifikatla təltif olunan nümayəndələr sırasındadırlar.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]