Azərbaycan gənclərin dünya çempionatına 21 güləşçi ilə qatılacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan gənclərin dünya çempionatına 21 güləşçi ilə qatılacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

 GÜLƏŞ
--------------------------------------------------------------------
Azərbaycan gənclərin dünya çempionatına 21 güləşçi ilə qatılacaq

 

 


1-7 noyabr günlərində Serbiyanın paytaxtı Belqradda gənclər (U-21) arasında güləş üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan bu mötəbər yarışda 21 güləşçi ilə təmsil olunacaq. Sərbəst güləz üzrə yarışda Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Əşrəfov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq) və İslam İlyasov (97 kq) cıxış edəcək. Yeri gəlmişkən heyətdə yer alan Abakarovla Nurmaqomedov bu yaxınlarda böyüklər arasında keçirilən dünya çempionatında iştirak edib və hər ikisi bürünc medal qazanıb. Onların öz yaşıdları arasında daha da yüksək nəticə göstərəcəkləri heç kəsdə şübhə yeri qoymur.
Yunan-Roma güləşi üzrə yarışda Nihad Quluzadə (55 kq). Həsən Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Şirxan Quliyev (77 kq), Maqomed Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) qurşaq tutacaq. Zərif cinsdən olanlara gəlincə isə, bu yarışda ölkəmizi Şahanə Nəzərova (50 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) təmsil edəcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]