Müstəqilliyin Bərpası Günü münasibətilə Kolumbiya hərbçiləri üçün müharizə oxunub - FOTO

Müstəqilliyin Bərpası Günü münasibətilə Kolumbiya hərbçiləri üçün müharizə oxunub - FOTO

Kolumbiya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbçilərin Reabilitasiya Mərkəzində müstəqilliyimizin bərpasının 30 illiyi münsaibətilə mühazirə təşkil olunub.


Mühazirədə kolumbiyalı hərbi qulluqçulara Azərbaycanın tarixi, mədəniyyəti, dövlət quruculuğu sahəsində son 30 ildə əldə etdiyi nailiyyətlər, erməni təcavüzü və 44 günlük müharibənin yekunları haqda məlumat verilib.


Ardınca işğaldan azad olunmuş ərazilərimizdə müşahidə olunan erməni vandalizmi, burada törədilmiş irimiqyaslı dağıntılar və aparılmış kütləvi minalama haqda danışılıb və bölgədə tərəfimizdən görülən minatəmizləmə və yenidənqurma işlərindən bəhs edilib.


Sonda iştirakçılara Azərbaycanın son 30 il ərzindəki fəaliyyətini təsvir edən video və foto materiallar nümayiş etdirilib, habelə ölkəmizin Kolumbiya ilə ikitərəfli əlaqələrinin inkişaf tarixi və gələcək perspektivləri haqda məlumat verilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]