Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının "Şahid Dindirmə Müsabiqəsinin" hazırlıq mərhələsi keçirilmişdir - FOTO

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının "Şahid Dindirmə Müsabiqəsinin" hazırlıq mərhələsi keçirilmişdir - FOTO

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilmişdir


Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq onlarda cinayət, cinayət-prosessual hüquq sahəsində hüquqi biliklərin artmasına, praktiki bacarıqlarının formalaşmasına töhfə verilməsi, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər davam etməkdədir.


Bu tədbirlərin davamı olaraq, 23 oktyabr 2021-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşkil olunan, dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilmişdir.


“Şahidi dindirmə prosesi” mövzusunda təşkil edilən təlimdə dinləyici qismində Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “ADA” Universitetinin hüquq fakültələrində təhsil alan tələbələr iştirak etmişlər.


Təlim zamanı müvafiq sahələr üzrə ixtisaslaşmış və təcrübəsi olan Baş Prokurorluğun əməkdaşları tərəfindən dinləyicilərə təlimlər keçirilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.


Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilmiş, təlimçilərə isə təşəkkürnamə təqdim olunmuşdur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]