MEK-də Yeni Azərbaycan Partiyasının növbəti iclası keçirilib +FOTO=8

MEK-də Yeni Azərbaycan Partiyasının növbəti iclası keçirilib +FOTO=8

MEK-də Yeni Azərbaycan Partiyasının növbəti iclası keçirilib +FOTO=8 

 

 

 

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Hüseyn Cavid prospekti 129-cu məhəllədə yerləşən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ziyalı, vətənpərvər, sağlam siyasi əqidəyə malik insanları öz ətrafında birləşdirən partiyanın keçdiyi inkişaf yolundan, bu yolda inamla addımlayan partiya üzvlərinin müxtəlif sahələrdə fəallıq göstərərək, ölkəmizi layiqincə təmsil etdiklərindən bəhs edib. Çıxışında Şanlı Zəfərimizdən danışan Bəxtiyar Nəbiyev vurğulayıb ki,“Xalqımız daim öz əməli ilə dövlət başçısının ətrafında sıx birləşib. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub”.

 

Tədbir zamanı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra, MEK-in YAP üzrə idarə heyətinin sədri Aygün Səfərovanın hesabat çıxışı dinlənilib. O qeyd edib ki, AMEA Mərkəzi Elmi Kitabxanasında çalışan əməkdaşlar partiyanın ətrafında sıx birləşir, onun işini dəstəkəyir və sıralarına qəbul olmaq üçün ərizə ilə müraciətlər edirlər.

 

Sonra yığıncağın qərarı qəbul edilib. YAP Yasamal rayon təşkilatı Hüseyn Cavid prospekti 129-cu məhəllədə yerləşən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) partiya təşkilatının idarə heyəti seçilib. MEK-in baş direktoru, professor Məmməd Əliyev təşkilatın sədri, Aygün Səfərova isə sədrin müavini seçilib.

 

Professor Məmməd Əliyev təşkilatın fəaliyyətinin genişləndirilməsində səylə çalışacağını, bundan sonra da Prezident İlham Əliyevin bütün tapşırıq və tövsiyələrini ləyaqətlə yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, tədbirin sonunda yenicə işıq üzü görən ön söz müəllifi AMEA prezidenti, akademik Ramiz Mehdiyev, redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan “Qırx Dörd GününSalnaməsi:Vətən Müharibəsi” adlı biblioqrafik göstərici YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevə hədiyyə edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]