İsmayıllıda "Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik" mövzusunda tədbir keçirilib - FOTO

İsmayıllıda "Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik" mövzusunda tədbir keçirilib - FOTO

Oktyabrın 26-da  Rayon İcra Hakimiyyətinin  və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib.


Tədbirdə RİH-in başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, şəhid ailələrinin üzvləri, qazilər və kollecin tələbələri iştirak ediblər.


Tədbir Vətənimizin bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.


Çıxışçılar belə tədbirlərin gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğu qeyd ediblər. Bildirilib ki, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə daima xüsusi diqqət göstərilir.


Daha sonra şəhid ailələrinin üzvləri vətən sevgisi, şəhid və qazilərimizin nümunəvi həyat və döyüş yolu, qələbə şüarımız olan Vətən Müharibəsinin dövlət və dövlətçilik tariximizdəki mühüm yerindən danışaraq, gənclərimizin həyat yolunda  şəhid və qazilərimizi hər zaman nümunə götürməli olduqlarını vurğulayıblar.


Görüşdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.


Sonda tədbir iştirakçıları kollecin şəhid tələbələrinin xatirəsinə yaradılmış guşə ilə tanış olublar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]