XATİRƏSİ ƏZİZDİR... - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

XATİRƏSİ ƏZİZDİR... - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

XATİRƏSİ ƏZİZDİR... - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)  

 

Şəhid əsgər İbrahim Rükabzadənin anım mərasimi

 

23 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Boradigah qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri İbrahim Rasif oğlu Rükabzadənin anım mərasimi keçirilmişdir.

 

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları-Professor Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, qonaqlar, qəsəbə sakinləri iştirak etmişlər.

 

İcra başçısı cənab Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, İbrahim Rükabzadə və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah İbrahim balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə Allahdan şəfa diləyirəm.

 

RİH başçısı həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
Məlumat üçün bildirək ki, İbrahim Rasif oğlu Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuşdur.

 

2006-cı ildə Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub. 2017-ci ildə həmin qəsəbə məktəbini bitirmişdir.

 

2019-cu ilin aprel ayının 8-də çağırışçı kimi hərbi xidmətə yollanmışdır.
Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonununda “N” saylı hərbi hissəsində dəvam etdirib.

 

2019-cu il iyun ayının 2-də Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
Azərbaycan Ordusunun əsgəri İ.Rükabzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı və Xocavəndin alınmasında iştirak edib.

 

İbrahim Rükabzadə 21 oktyabr Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb.

 

Şəhidin nəşi 23 oktyabr 2020-ci il tarixdə doğulduğu Boradigah qəsəbə qəbiristanında izdihamla torpağa tapşırılmışdır.

 

Subay idi.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri İbrahim Rasif oğlu Rükabzadə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

 

Şəhid İbrahim Rükabzadənin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.
Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid İbrahim Rükabzadənin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov “Qurani-Kərim”dən ayələr oxuyub, dualar edilib, məzarı üstünə çiçəklər düzülmüşdür.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]