Tarixi zəfərimİZin əsasları layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilmişdir +FOTO=3

“Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilmişdir +FOTO=3

“Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilmişdir +FOTO=3

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə oktyabrın 23-də “Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilmişdir.

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində baş tutmuş görüş zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı-ekspert Aslan Əzimzadə şanlı zəfərimizin iqtisadi aspektlərindən bəhs etmişdir.

 

Tələbələr və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi istiqamətində təşkil olunmuş görüşdə Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığı böyük qürur hissi ilə qeyd edilib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığı vurğulanıb.

 

Görüş zamanı iqtisadçı ekspert Cənab Prezidentin həyata keçirdiyi uğurlu iqtisadi siyasətdən, ölkəmizin müharibədən əvvəl və sonrakı iqtisadi vəziyyətindən, müstəqillik illərindən başlayaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş düzgün strategiyanın müvəffəqiyyətlə davam etdirilməsinin nəticələrindən bəhs etmişdir. İqtisadi dəyişmələrin şanlı zəfərimizin əldə olunmasındakı əhəmiyyəti və regionda Ermənistanla müqayisədə olan üstünlüyümüz xüsusilə vurğulanmışdır.

Qeyd edək ki, layihə çərçivəsində iqtisadi, siyasi, hüquqi, tarixi, diplomatik aspektlər tələbələrə çatdırılacaq, ekspertlərlə tələbələrin ümumilikdə görüşləri təşkil olunacaq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]