Malik Həsənov dünya çempionatına qələbə ilə başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Malik Həsənov dünya çempionatına qələbə ilə başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Malik Həsənov dünya çempionatına qələbə ilə başlayıb  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İki gün öncə Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında startı verilən və Azərbaycanın da 9 boksçu ilə qatıldığı dünya çempionatı davam edir.

 

Mundialın ikinci günü Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) mübarizəyə qatılıb. 1/32 final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gələn boksçumuz rəqibini üstələyərək 1\16 finala yüksəlib - 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26), Boksçumuz növbəti mərhələdə Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

 

Qeyd edək ki, bu gün axşam seansında boksçularımızdan Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.

 

Xatırladaq ki, mundialın ilk günü boksçumuz Ümid Rüstəmov (57 kq) rinqə çıxıb. Təəssüflər olsun ki, yığmamızın üzvü kubalı Osvel Kaballero Qarsia (Kuba) ilə bacarmayıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

 

Dünya çempionatına noyabrın 6-da final döyüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]