Dünya çempionatına gedəcək yığmalarımızın heyəti açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Dünya çempionatına gedəcək yığmalarımızın heyəti açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Dünya çempionatına gedəcək yığmalarımızın heyəti açıqlanıb  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, mundialda iştirak edəcək yunan-Roma və qadın güləşi üzrə millilərimizin heyəti artıq açıqlanıb.

 

Yunan-Roma güləşi üzrə millimiz 7 güləşçiylə DÇ-yə qatılacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında mundila gedəcək komandanın heyətində Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (+130 kq) yer alıb.
Məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərlik etdiyi qadın yığmamızın heyəti isə Şəhanə Nəzərova (50 kq), Tanya Varansova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanovadan (65 kq) ibarətdir.

 

Hazırda Dağıstanın Xasavyurt şəhərində təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə millimizin heyəti isə yaxın günlərdə açıqlanacaq.

 

Onu da qeyd edək ki, DÇ-də beynəlxalq dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]