Haaqa şəhərində Şuşadan bəhs edən "28" sənədli filmi təqdim olunub - FOTO

Haaqa şəhərində Şuşadan bəhs edən "28" sənədli filmi təqdim olunub - FOTO

Haaqa şəhərində jurnalist Xatırə Sərdarqızının müəllifi olduğu “28” sənədli filminin təqdimat mərasimi keçirilib.

 

 

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılıgı ilə “De Vaillant” teatrında baş tutan təqdimat mərasimində Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər.
 

Mərasimdə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Agamirzəyeva, ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov və filmin müəllifi Xatirə Sərdarqızı çıxış ediblər. Onlar qonaqlara Azərbaycan və ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhəri haqqında ətraflı məlumat veriblər. Müəllif 28 illik Şuşa həsrətindən, I Qarabag müharibəsində uşaqların aldıqları psixoloji və mənəvi sarsıntılardan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə Şuşaya getməsindən və uşaqlıq xatirələrinin qaldığı evlərinə baş çəkdiyi zaman keçirdiyi hisslərdən bəhs edib.
 

Filmə baxışdan sonra qonaqlar öz təəsüratlarini bölüşüblər. Tədbir xanəndə Güllü Muradovanın konserti ilə davam edib.
 

Qeyd edək ki, Niderlandin “FOR YOU” jurnalının növbəti sayında Xatırə Sərdarqızının “28” filmindən və Şuşanın işğalı nəticəsində itirdiyi uşaqlıq illərindən bəhs edən məqalə dərc olunacaq.  
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]