Azercell-dən yeni Wi-Fi kampaniyası!

Azercell-dən yeni Wi-Fi kampaniyası!

4G modem alan hər kəsə 50 Gb internet hədiyyə olunur

 

 


Yüksəksürətli interneti hər kəs üçün əlçatan edən “Azercell Telekom” yeni Wi-Fi cihazının satışına start verir. Kampaniya çərçivəsində son model Wi-Fi cihazı ilə birgə 1 aylıq 50GB internet cəmi 129 AZN-ə təqdim olunur. Həm 4G, həm də 3G şəbəkələrini dəstəkləyən bu cihazın daha bir üstünlüyü paylaşılan yüksəksürətli internetə eyni anda 32-yə qədər cihazın qoşula bilməsidir. Azercell Wi-Fi modemi yalnız smartfonları deyil, hətta kompüter, noutbuk, planşet, printer və televizoru da şəbəkəyə qoşmaq üçün kifayət qədər universaldır.


Qeyd edək ki, yeni 4G Wi-Fi modem yalnız ev və ya ofisdə işləmək üçün nəzərdə tutulmayıb. İstirahət zamanı bu kiçik ölçülü və yüngül cihazı istənilən yerə daşıyıb internetdən istifadə etmək olar. Geniş əhatə dairəsi 15-20 metrlik radiusda olan qurğuları stabil internetlə təmin etməyə imkan verdiyindən, daim cihazın yanında qalmağa ehtiyac yoxdur. Digər tərəfdən, yeni Wi-Fi modeminin müasir görünüşü  istənilən evə, və ya ofisə ideal dizayn əlavəsi ola bilər.


Kampaniyaya dərhal qoşulub yüksəksürətli internetdən yararlanmaq üçün ən yaxın Azercell satış məntəqəsinə müraciət etmək kifayətdir. Kampaniya çərçivəsində hər bir Azercell Wi-Fi Modemi ilə birgə 1 ədəd "Data tarifi"ndə olan nömrə və 50GB-lıq internet paketi təqdim olunur.


Azercell-in yeni Wi-Fi kampaniyasına qoşul və yüksəksürətli internet əldə et!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]