UNICEF, ANAMA və Təhsil Nazirliyi ilə birgə fəaliyyət proqramı çərçivəsində maarifləndirmə təlimlərinə başlanılıb

UNICEF, ANAMA və Təhsil Nazirliyi ilə birgə fəaliyyət proqramı çərçivəsində maarifləndirmə təlimlərinə başlanılıb

UNICEF, ANAMA və Təhsil Nazirliyi arasında bağlanmış birgə fəaliyyət proqramı çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı üzrə fəaliyyət davam etdirilir.


2021-ci il 25 oktyabr tarixində ANAMA-nın Maarifləndirmə işləri üzrə mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Təhsil Institutunun Baş Təlimatçıları üçün “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) proqramı üzrə Təlimçilərin Təlimi keçirilib.


Baş təlimatçıların hazırlanmasında məqsəd respublikanın 10 rayonunun mina və partlamamış hərbi sursat (PHS) təsirinə məruz qalmış kənd məktəblərində tədris verən müəllimlərin PHS təsirinə dair biliklərinin genişləndirilməsi məqsədi daşıyır.


Təlimdə PHS-lərin tanınması, təhlükəli ərazilərin əlamətləri, sosial psixoloji təsirlər, məktəb hazırlığında PSTM və s. haqda məlumatlar verilib.


Sonda iştirakçılara sertifikat, təlimat kitabçası və PSTM təbliğat materialları olan maarifləndirici və xəbərdaredici poster və bukletlər təqdim olunub.
 

Qeyd edək ki, münaqişə dövründən indiyədək ANAMA tərəfindən ümumilikdə 200 min nəfərdən yuxarı vətəndaşımız, məktəblilər, kənd sakinləri, fermerlər, sosial infrastruktur işlərinə cəlb edilmiş dövlət və özəl müəssisələrin əməkdaşları, həmçinin media işçiləri maarifləndirmə təlimlərinə cəlb edilmişlər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]