ADPU TGT "Zəfərin Keşikçiləri" adlı görüş keçirib - FOTO

ADPU TGT "Zəfərin Keşikçiləri" adlı görüş keçirib - FOTO

Oktyabrın 25-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT)  təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Zəfərin keşikçiləri” adlı görüş keçirilib.


Görüşün qonağı Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun leytenantı, qazi Pərvin Abdullayev olmuşdur.


ADPU TGT-nin sədr müavini  Aytən  Əliyeva açılış çıxışı edərək  Zəfər tarixini yazan igidlərimizin hər birimizə örnək olduğunu vurğulayıb.


 İbtidai təhsil fakültəsinin TGT rəhbəri  Jalə  Cəlilzadənin moderatorluğu ilə davam edən görüşdə  Pərvin Abdullayev 44 günlük müharibə müddətində keçdikləri döyüş yolu, hisləri, qələbəyə doğru gedən yolda Azərbaycan əsgərinin necə inamla addımlamağı haqqında düşüncələrini bölüşmüş və tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]