Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilmişdir

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilmişdir

İclasda Afiq Məmməd oğlu Süleymanov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti seçilmişdir. Eyni zamanda məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilmişdir. Həmçinin Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılmışdır.


Məşqçilər şurasının sədri  Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, nizam-intizam komissiyasının rəhbəri isə Komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilmişdir. Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması ARMPK-nin fəxri vitse-prezidenti A.Süleymanova tapşırılmışdır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]