Adil Əliyev şəhid Hümbətov Azad Arif oğlunun anım tədbirində iştirak edib - FOTO

Adil Əliyev şəhid Hümbətov Azad Arif oğlunun anım tədbirində iştirak edib - FOTO

Oktyabrın 27-də Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Hikmət Məmmədov, Rasim Musabəyov, Könül Nurullayeva və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Nərimanov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə “Vətən Müharibəsi Qəhrəmanı” şəhid baş leytenant Hümbətov Azad Arif oğlunun anım tədbirində iştirak ediblər.


Mərasimdə çıxış edən vitse-spiker Adil Əliyev bildirib ki, 30 il müddətində Ermənistanın işğalı altında olan tarixi Azərbaycan torpaqları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə qəhrəman övladlarımız silaha sarılaraq, 44 gün ərzində düşməni təslim olmağa məcbur etdilər. Bu müqəddəs missiyanı həyata keçirmək üçün şəhid Azad Hümbətov kimi oğullarımız ən ali nemət olan canlarını qurban verdilər. Şanlı tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində qazanılmış qələbəyə görə Azərbaycan xalqı hər zaman qəhrəmanlarımıza minnətdar olacaq, şəhidlərimizin xatirəsi hər birimiz üçün əziz olaraq qalacaq..


Qeyd edək ki, şəhid Azad Arif oğlu Hümbətov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə ölkə başçısı tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]