Azərbaycan millət vəkilinə Özbəkistanın "Turan" Akademiyasının tarix elmləri doktoru adı verilmişdir - FOTO

Azərbaycan millət vəkilinə Özbəkistanın "Turan" Akademiyasının tarix elmləri doktoru adı verilmişdir - FOTO

Özbəkistandakı Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycanın Milli Məclisin mədəniyyət komitəsinin rəhbəri Q. Paşayevaya “Turan” Akademiyasının tarix elmləri doktoru adı verilmişdir.


Bu barədə sənədi  “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov millət vəkilinə Q. Paşayevaya təqdim etmişdir.


Özbəkistanın “Turan” Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə, çıxış edən Xaydarbek Bababekov Q. Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini daim diqqətdə saxladığını və bu işə daim tohvələr verdiyini qeyd edib. O, Q. Paşayevanın Özbəkistana dair nəşrləri, xüsusi ilə “Addım–addım Özbəkistan” kitabının yüksək qiymətləndirən akademik onun Türk dünyası arasında birlik, həmrəyliyə layıq olunması istiqamətində dəyərli alqışa layıq olduğunu qeyd edib.


Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlər, onun Özbək dilinə tərcümə olunan kitablarının Özbəkistanlı oxucular üçün maraqlı və əhəmiyyətli olunduğunu qeyd edən akademik, Turan akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətinin təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini vurğulayıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]