Qars müqaviləsinin 100 illiyinə həsr olunan tədbirdə

Qars müqaviləsinin 100 illiyinə həsr olunan tədbirdə

 

Milli Məclisin deputatı Musa Qasımlı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkil etdiyi Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak  etmək üçün oktyabrın 29-dan 31-nə kimi Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.
 

Tədbirdə bir əsr bundan əvvəl Qars müqaviləsini imzalamış dövlətlərin akademikləri, tanınmış elm adamları, sahə mütəxəssisləri iştirak edəcəklər.


Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tədbirdə “Qars müqaviləsinin ratifikasiyası məsələsinə dair” mövzusunda məruzə edəcək.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]