Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalında Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini  Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Bəxtiyar Musayev, DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Gabriele Manig və səfirliyin region üzrə həkimi Dagmar Banisch iştirak edib.


Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Almaniya səfirliyinin həkimi Dagmar Banisch bildirib ki, əsas məqsədləri səfirlik personalının sağlamlıq məsələlərinin həlli, qəzalar, səhhətlərində yaranan qəfil problemlər zamanı onlara tibbi yardımın göstərilməsi, tibbi müayinədən keçmələri  üçün tibb ocaqlarının müəyyən edilməsidir.


Səfirliyin birinci katibi Gabriele Manig Mərkəzi Gömrük Hospitalının nümunəvi tibb ocağı olması barədə rəylərə tez-tez rast gəldiklərini və bu səbəbdən də  region üzrə məsul həkimə məhz bu tibb müəssisəsi ilə əməkdaşlıq etməyi təklif etdiyini bildirib.


DGK-nın Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov diqqətə çatdırıb ki, yüksək ixtisaslı tibbi personala malik olan, ən müasir texnologiyaların  tətbiq edildiyi Mərkəzi Gömrük Hospitalı 2008-ci ildən fəaliyyət göstərir və  qısa zaman kəsiyində ölkənin qabaqcıl tibb ocaqlarından birinə çevrilib.  Qeyd olunub ki, gömrük əməkdaşları və onların ailə üzvləri ilə yanaşı əhali də hospitalın xidmətlərindən faydalanır. Diqqətə çatdırılıb ki, bir sıra beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri də Mərkəzi Gömrük Hospitalının xidmətlərindən istifadə etməkdədir.


Xidmət rəisi bildirib ki, 2020-ci ilin iyun ayından etibarən hospital sadəcə kovidli  xəstələrin müalicəsi ilə məşğuldur və bu sahədə də nümunəvi fəaliyyəti ilə fərqlənir.


Görüşdə hospitalın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və  qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]