PEDAQOJİ UNİVERSİTETİN QƏHRƏMANLARI

PEDAQOJİ UNİVERSİTETİN QƏHRƏMANLARI

PEDAQOJİ UNİVERSİTETİN QƏHRƏMANLARI 

 

Vətənimiz Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda tarixin bütün dövrlərində mənfur düşmənlərlə mübarizə aparan xalqımızın igid oğul və qızları içərisində bir əsrlik zəngin tarixi irsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yüzlərlə tələbə, məzun, əməkdaş və rəhbərləri də yer alır. Onların arasında onlarla şəhid, qazi və sərkərdələr var.

 

Diqqətinizə çatdırırıq ki, aşağıdakı siyahıda müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olmuş qəhrəmanların haqqında məlumat təqdim edilir. Onlardan 8 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı (4 nəfəri Sovet İttifaqı Qəhrəmanı, 4 nəfəri ADPU-nun rektoru (onların 2-i həm də ADPU-nun məzunudur)), 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 1 nəfəri “Zəfər” Ordeni ilə, 2 nəfəri “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmiş, 29 nəfəri (onlardan 7 nəfəri ADPK-nın tələbə və məzunlarıdır) Birinci Qarabağ müharibəsi şəhidi, 12 nəfəri (onlardan 2 nəfəri Şamaxı Filialının, 1 nəfəri Ağcabədi Filialının, 3 nəfəri ADPK-nın tələbə və məzunlarıdır) Vətən müharibəsi şəhidi, 45 nəfəri Birinci Qarabağ müharibəsi iştirakçısı, 10 nəfəri Aprel döyüşləri iştirakçısı (onlardan 8 nəfəri həmçinin Vətən müharibəsi iştirakçısıdır) və 180 nəfəri isə Vətən müharibəsi iştirakçısıdır. Ümumilikdə, 234 nəfərin yer aldığı bu cərgə Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin ayrılmaz parçasıdır.

 

Təqdim olunan adlı siyahı Universitetin 100 illiyinə həsr olunmuş nəşrlər çərçivəsində hazırlanan “Pedaqoji Universitetin Qəhrəmanları” ensiklopedik toplusunun materialları əsasında tərtib edilib. Qeyd edək ki, siyahı yekun və müfəssəl olmayıb, bu sahədə aparılan ilk tədqiqatın nəticəsidir. Bu gələcək tədqiqatlarda qəhrəmanlarımız haqqında daha da müfəssəl məlumatların əldə edilməsi üçün ilk siqnaldır.

 

Burada isə ilkin olaraq pedaqoji Universitetin yüksək dövlət təltiflərinə layiq görülən, Birinci Qarabağ və Vətən müharibələrində şəhid olan tələbə və məzunlarının siyahısı yer alır.

 

II DÜNYA MÜHARIBƏSI İŞTİRAKÇILARI. SOVET İTTİFAQIQƏHRƏMANLARI
1. Hüseynzadə Mehdi Hənifə oğlu (leytenant)
2. KazımovSəlahəddinHəsənoğlu (general-mayor)
3. Mustafayev XıdırHəsənoğlu (mayor)
4. SəfərovFarizMəcidoğlu (mayor)

 

II DÜNYA MÜHARİBƏSİ İŞTİRAKÇILARI. DÖYÜŞƏN REKTORLARIMIZ
1. ƏləsgərovCəbrayılAğaəlioğlu (mayor)
2. ƏliyevMehdi Sadıqoğlu
3. HacıyevCəfərZeynaloğlu (CəfərXəndan)
4. Mehdizadə Mehdi Məmmədoğlu

 

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI
1. İbrahimovMirələkbərMirələsgəroğlu (kapitan)– ölümündənsonra (BirinciQarabağmüharibəsindəşəhidolub.)
2. QuliyevMətləb Kamran oğlu (leytenant)– ölümündənsonra (BirinciQarabağmüharibəsindəşəhidolub.)
3. SalahovŞakirŞamiloğlu– ölümündənsonra (BirinciQarabağmüharibəsindəşəhidolub.)

 

“ZƏFƏR” ORDENİ İLƏ TƏLTİF EDİLƏNLƏR
NağıyevƏliNağıoğlu (general-polkovnik)

 

“AZƏRBAYCAN BAYRAĞI” ORDENİ İLƏ TƏLTİF EDİLƏNLƏR
1. Bayramov Malik Yaşaoğlu (başleytenant)– ölümündənsonra (BirinciQarabağmüharibəsindəşəhidolub.)
2. NağıyevƏliNağıoğlu (general-polkovnik)

 

I QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDLƏRİ
1. Abbasov S.S.
2. Abdullayev N.V.
3. Allahyarov İ.N.
4. BaxışovRəşidHacıağaoğlu
5. BalakişiyevMüşfiq
6. Bünyadov V.F.
7. CəfərovFiruzəddinTapdıqoğlu
8. ƏləkbərovHilalHilaloğlu
9. Əsədov İ.M.
10. HüseynovEhtiramAydınoğlu
11. İsmayılov İ.D.
12. İsmayılov V.M.
13. Kərimov M.
14. Qasımov N.T.
15. Qədirov E.A.
16. QəhrəmanovElman İxtiyaroğlu
17. MəmmədovMürşüdAğaoğlu (mayor)
18. MəmmədovTağı
19. NurullayevQismət
20. RəhimovİntizamƏhmədoğlu (başleytenant)
21. Rzayev A.M.
22. Salıfov İ.N.
23. Səfərov İdris
24. ŞahverdiyevƏlövsətKərimoğlu
25. ZülfiyevHicranƏlişoğlu (leytenant)

 

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ
1. AbbasovAğaqardaş İlham oğlu (başleytenant)
2. AğaquliyevİlkinSaməddinoğlu (MAHHXQ)
3. BaxışovaArəstəKərimqızı (çavuş)
4. ƏzizovElgün Elman oğlu (başleytenant)
5. HüseynliEtiramHəsənoğlu (leytenant)
6. LətifovRəvanÖmüroğlu
7. NəbiyevCilingir Azad oğlu (gizir)
8. NəbiyevOrxanRzaoğlu (leytenant)
9. NüsrətliCeyhun Aqil oğlu
10. ÖmərovQoşqarSəxavətoğlu
11. TahirovFirdovsiBalaxanoğlu
12. Zakirov Elvin Ağasəlimoğlu (başleytenant)

Taleh MİRZƏYEV
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]